Kabildə partlayış nəticəsində 40 nəfər həlak olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i328381-kabildə_partlayış_nəticəsində_40_nəfər_həlak_olub
Əfqanıstanın paytaxtı Kabildə bomba partlayışı nəticəsində 40 nəfər həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 20, 2018 17:23 Asia/Baku
  • Kabildə partlayış nəticəsində 40 nəfər həlak olub
    Kabildə partlayış nəticəsində 40 nəfər həlak olub

Əfqanıstanın paytaxtı Kabildə bomba partlayışı nəticəsində 40 nəfər həlak olub.

Bu gün axşamçağı Əziz İslam Peyğəmbəri(s.ə.s)-in mövlud mərasiminin keçirildiyi Uranus otelində baş verən bu partlayış nəticəsində 60 nəfər yaralanıbdır.

Yaralılardan bəzilərinin vəziyyəti ağır elan edilir.

İndiyədək bir şəxs və ya qrup bu partlayışın məsuliyyətini üzərinə götürməyib, amma bu kimi terror hücumlarının məsuliyyətini dəfələrlə İŞİD terror qrupu öz üzərinə götürübdür.