Kabildə 4 İŞİD üzvü yaxalanıb
-
İŞİD üzvü yaxalanıb
Əfqanıstan Milli Təhlükəsizlik Müdirliyi bir bəyanatda bu ölkənin paytaxtı Kabildə dörd İŞİD terrorçusunun həbs edilməsindən xəbər verib.
Əfqanıstan Milli Təhlükəsizlik Müdirliyi, bu terroristlərdən müəyyən miqdarda silah və döyüş sursatının ələ keçirildiyini bildirib.
Bu terrorçular Kabildə intihar əməliyyatı keçirməyi planlaşdırırmışlar.
Kabil çərşənbə axşamı günü bir terror hücumunun şahidi olmuşdu.
Əziz İslam Peyğəmbəri(s.ə.s)-in mövlud günü ilə bağlı keçirilən mərasimə qarşı törədilmiş bu intihar hücumunda azı 60 nəfər ölmüş, 80 nəfər də yaralanmışdı.
Son aylarda Əfqanıstanın müxtəlif məntəqələrində terror hücumları və partlayışların sayı artıbdır. Bu ölkədə əmin-amansızlığın artması xalqın etirazına səbəb olubdur.
İŞİD terror qrupu Əfqanıstanın müxtəlif məntəqələrindəki hücum və partlayışların əksər hissəsinin məsuliyyətini qəbul edibdir.