Aclıq və qıtlıq nəticəsində 85 min yəmənli uşağın ölməsi ehtimalı var
Uşaqların xilası üzrə beynəlxalq fond təşkilatı Ərəbistanın Yəmənə qarşı hücumlarının başlanmasından bəri 85 min yəmənli uşağın öldürülməsi ehtimalından xəbər verib.
Uşaqların xilası üzrə beynəlxalq fond təşkilatı özünün ən yeni hesabatında bildirib: Belə bir ehtimal mövcuddur ki, Yəməndə 85 min azyaşlı uşaq səud koalisiyasının savaşından irəli gələn pis qidalanma nəticəsində indiyədək öz həyatını itiribdir.
Bu bəyanatda deyilir:Yəməndə güllə və bomba ilə öldürülən hər bir uşaq qarşısında onlarla uşaq da xəstəlik və aclıqdan həyatını itirir.
Uşaqların xilası üzrə beynəlxalq fond təşkilatının hesabatı elə bir şəraitdə yayılır ki, BMT-nin 2016-cı ilə qayıdan Yəmən savaşında həlak olanların sayı barədəki hesabatlarına əsasən, bu savaşda on mindən çox yəmənli həyatını itiribdir.