Sosial şəbəkələrin fəalları Muhəmməd bin Salmanın xarici səfərini utancverici adlandırıblar
Noy 23, 2018 11:25 Asia/Baku
Virtual mühit və sosial şəbəkələrin fəalları ABŞ-ın səud rejiminə dəstək verməsini tənqid edərək, Ərəbistan vəliəhdi Muhəmməd bin Salmanın onun səudiyyə jurnalisti Camal Qaşıqçının qətlində əlinin olmasının sübüta yetirilməsindən sonrakı xarici səfərlərini utancverici adlandırıblar.
Muhəmməd bin Salman dünən əmirliklərin Əbu-Dəbi şəhərinə gedib. Məlumatlara görə, o, Bəhreynə və Misirə də getməlidir.
Sosial şəbəkələrin, xüsusən twitter-in istifadəçiləri bir haştaq ilə səud vəliəhdi Muhəmməd bin Salmanı cinayətkar və qatil adlandırıblar.