Sərhədsiz Məruzəçilər Təşkilatı səud rejiminin siyasi fəallara qarşı zorakılığının dayandırılmasını istəyib
Sərhədsiz Məruzəçilər Təşkilatı səud rejiminin siyasi fəallara qarşı zorakılığının dayandırılmasını istəyib.
Sərhədsiz Məruzəçilər Təşkilatı bir twitt-də səud rejiminin bu rejimin məhbəslərindəki siyasi fəallara və jurnalistlərə qarşı zorakılığının dayandırılması üçün dünya ictimaiyyətinin təzyiq göstərməsini istəyib.
Sərhədsiz Məruzəçilər Təşkilatı bundan öncə də bir twitt-də yazmışdı ki, Ərəbistanda həbsdə olan şəxslər, o cümlədən jurnalistlər və yazarlar cismani və ruhi işgəncələrə, həmçinin cinsi zorlamalara məruz qalırlar.
Belə bir halda, Beynəlxalq Amnistiya Təşkilatı və Human Rights Watch təşkilatı da çərşənbə axşamı günü Ərəbistanı 2018-ci ilin mayından səudların həbsində olan bir neçə qadın daxil olmaqla bir qrup insan haqları fəalını işgəncəyə və zorlamaya məruz qoymaqda ittiham ediblər.