Sionistlərin 35 ildən sonrakı etirafı
Sionist rejim 35 ildən sonra etiraf edib ki, 1982-ci ildə 56 livanlı mühaciri Kiprə aparan gəmini Livanın Tripoli şəhərinin sahillərinin yaxınlığında batırıb və bu cinayət zamanı 25 nəfər qətli-am olubdur.
"Ərəb48" xəbər portalı bu gün sionist rejimin 10-cu telekanalına istinadla bu xəbəri verərək əlavə edib: Sionist rejim ordusu 1982-ci ildə bu hücumu "Drayfos" əməliyyatı adlandırmışdı və indiyədək onun məsuliyyətini qəbul etməkdən vaz keçib və Təl-Əviv başçıları bu hadisənin detalları haqda hər cür fikir bildirməkdən çəkinirdilər.
Bu məlumata görə, bu sualtı qayığın komandanı puç iddia ilə, 56 livanlı mühaciri daşıyan gəmiyə atəş açılmasını əsaslandırmaq üçün belə demişdi: Elə güman etdim ki, bu gəmi Livandan çıxan fələstinli qüvvələri daşıyır.
O zaman üç ildən çox təhqiqatın aparılmasına rəğmən, sionist rejimin başçıları indiyə kimi qəbul etməmişdilər ki, bu cinayətin amilləri cəzalandırılsınlar, əksinə onların iddiasına görə, sualtı qayığın kapitanı göstərişlər əsasında hərəkət edibdir.