Noy 24, 2018 13:28 Asia/Baku
  • Bəhreyn hüquq cəmiyyətləri seçkiləri boykota çağırıblar
    Bəhreyn hüquq cəmiyyətləri seçkiləri boykota çağırıblar

Bəhreyndə hüquq cəmiyyətləri Beyrutda mətbuat konfransı keçirərək Ali-Xəlifə rejiminin Bəhreyndə parlament və bələdiyyə seçkilərindəki qanun pozuntularını şərh ediblər.

Bəhreyndə parlament və bələdiyyə seçkiləri bu gün keçirilməkdədir və Ali-Xəlifə rejiminin bu seçkilərin keçirilməsində qarşı-qarşıya durduğu ən əsas problemlərdən biri onun xalq və siyasi qruplar tərəfindən boykot edilməsidir. 

Əl-Aləmin verdiyi məlumata görə, Şeyx Meysəm Salman dünən Bəhreynin hüquqi təşkilatlarının iclasında etdiyi çıxışında bu ölkə seçkilərinin ən əsas probleminin ədalətsiz bir sistemin mövcud olması olduğunu deyib və qeyri-hökumət təşkilatlarının seçki prossesinə nəzarətini istəyib. 

Bəhreynin insan haqları gözətçiləri dini azadlıqlar idarəsinin rəhbəri ölkədə seçkilərin bərabər vətəndaş hüquqlarını tərvic etmədiyini bildirərək deyib: Ali-Xəlifə rejimi xalqın tələblərini göz ardına vurmaqla özünün repressiya və totalitar siyasətlərini davam edir. 

Bəhreyn hökumətinin müxalif rəhbərlərindən olan şeyx Həsən Həddad da Əl-Aləm ilə müsahibəsində parlamentin sifarişli fəaliyyətinin mənfi fəsadlarından danışıb və bütün partiya və qrupları ölkənin xilası naminə rejimin repressiv siyasətlərinə qarşı imzatoplama kampaniyasına qatılmağa çağırıb. 

O Ali-Xlifə rejiminin namizədlərin çoxunu reşvətlə satın aldığını və onların da səs verənlərə pul verdiklərini bildirərək deyib: Bu rejimin ümumi fikri yayındırmaq və ölkədəki reallıqları ört-basdır etmək cəhdləri nəticəsiz qalacaq. 

Teqlər