İŞİD Liviyanın cənubuna qarşı hücumun məsuliyyətini üzərinə götürüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i328741-İŞİd_liviyanın_cənubuna_qarşı_hücumun_məsuliyyətini_üzərinə_götürüb
İŞİD terror qrupu Liviyanın cənubundakı Tazirbu şəhərinə qarşı hücumun məsuliyyətini üzərinə götürüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 25, 2018 07:29 Asia/Baku
  • İŞİD Liviyanın cənubuna qarşı hücumun məsuliyyətini üzərinə götürüb
    İŞİD Liviyanın cənubuna qarşı hücumun məsuliyyətini üzərinə götürüb

İŞİD terror qrupu Liviyanın cənubundakı Tazirbu şəhərinə qarşı hücumun məsuliyyətini üzərinə götürüb.

Yerli mənbələrin bildirdiklərinə görə, bu hücum 9 nəfərin həyatına son qoyubdur.

İŞİD qrupunun üzvləri Əlkəfrənin şimalında yerləşən Tazirbu şəhərindəki bir polis mərkəzini öz nəzarətləri altına alaraq, onun sakinlərini şəhərdən çıxarıblar.

İŞİD terror qrupu şənbə günü ayrı bir bəyanatda bu hücumda 29 nəfərin öldüyü və ya yaralandığını iddia edibdir.

İŞİD terror qrupunun bu hücumunda bir qrup insan da oğurlanıbdır.

Tazirbu şəhəri 2011-ci ildə Liviyada hərc-mərcliyin başlanmasından öncə çöl məntəqələrinə gedən turistlərin istirahət məkanı idi.