Kabildə aksiya zorakılığa çevrilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i328753-kabildə_aksiya_zorakılığa_çevrilib
Əfqanıstan vətəndaşlarından bir qrupunun bu ölkənin qərbində xalq qüvvələrinin bir komandirinin həbs olunmasına qarşı küçə etirazı Kabildə polis qüvvələri ilə toqquşmaya gətirib çıxarıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 25, 2018 14:07 Asia/Baku
  • Kabildə aksiya zorakılığa çevrilib
    Kabildə aksiya zorakılığa çevrilib

Əfqanıstan vətəndaşlarından bir qrupunun bu ölkənin qərbində xalq qüvvələrinin bir komandirinin həbs olunmasına qarşı küçə etirazı Kabildə polis qüvvələri ilə toqquşmaya gətirib çıxarıb.

Əfqanıstanın qərbində xalq qüvvələri komandirlərindən olan Əlipourun Kabil şəhərinin milli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilməsindən sonra bu şəhərin əhalisi ona dəstək olaraq, aksiya keçirib və yerli qüvvələrin bu komandirinin azadlığa buraxılmasını tələb edib.

Bu aksiya polislə toqquşma ilə nəticələnib.

Kabil sakinlərinin bir qrupu da təhlükəsizlik qüvvələrinin bu hərəkətinə etiraz olaraq, Kabilin qərbində yerləşən şəhid Məzari şosesinə toplaşıbdır.