Fələstinlilərin qaz ehtiyatları sionist rejim tərəfindən qarət edilir
Noy 25, 2018 17:38 Asia/Baku
-
Fələstinlilərin qaz ehtiyatları sionist rejim tərəfindən qarət edilir
Sionist rejim başçıları işğal olunmuş ərazilərin təbii ehtiyatlarını daha çox qarət etmək üçün Fələstinin təbii qazının Avropaya ixracı üzrə irixərcli layihəni araşdırırlar.
Sionist reimin yeni layihəsinə əsasən, fələstinlilərə aid olan təbii qaz ən uzun quru və dəniz xətti ilə Avropa ölkələrinə köçürüləcək.
Sionist rejim Aralıq dənizindən, Yunanıstan, Kipr və İtaliyadan keçib gedəcək iki min kilometr uzunluğa malik olan boru kəməri vasitəsilə fələstinlilərin qazını Avropaya ixrac edəcək.
İşğal olunmuş Fələstin ərazilərindən qazın Avropaya köçürülməsi layihəsinin ilkin ideyası sionist rejimin energetika naziri Yual Şteynz tərəfindən Əbu-Dəbi enerji konfransında irəli sürülüb və bu layihənin icra xərci 8 milyard dollar hesablanıbdır.