İraqda sel hadisəsində həlak olanların sayı 20 nəfərə çatıb
Noy 26, 2018 08:53 Asia/Baku
-
İraqda sel hadisəsində həlak olanların sayı 20 nəfərə çatıb
Əlaləm telekanalı dünən gecə İraqda sel hadisəsində həlak olanların sayının 20 nəfərə çatmasından xəbər verib.
İraq rəsmiləri bundan öncə bu hadisədə ölənlərin sayını 16 nəfər elan etmişdilər.
Güclü leysan yağışları cümə günündən İraqın müxtəlif məntəqələrində başlanıb və hələ də davam etməkdədir.
İraq dövləti bu ölkənin bəzi vilayətlərində fövqəladə vəziyyət elan edibdir.
İraqın ordusu və xalq səfərbər qüvvələri yardım qüvvələrinin kənarında bu ölkə xalqına yardım göstərməkdədirlər.
İraqda leysan yağışları və sel insan tələfatından əlavə, bu ölkəyə böyük xəsarətlər də vurubdur.