Ərəbistan qırıcılarının hücumlarında Yəmənin infrastruktur təsisatları dağıdılıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i328929-Ərəbistan_qırıcılarının_hücumlarında_yəmənin_infrastruktur_təsisatları_dağıdılıb
Ərəbistan Yəmənin infrastrukturlarını dağıtmağın davamında Səədə əyalətindəki rabitə qüllələrini bombardman ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 27, 2018 06:41 Asia/Baku
  • qırıcılarının hücumlarında Yəmənin infrastruktur təsisatları dağıdılıb
    qırıcılarının hücumlarında Yəmənin infrastruktur təsisatları dağıdılıb

Ərəbistan Yəmənin infrastrukturlarını dağıtmağın davamında Səədə əyalətindəki rabitə qüllələrini bombardman ediblər.

Əlməsirə informasiya kanalının məlumatına görə, səud qırıcıları iyirmi dəfə Hidan və Səhhar rayonlarındakı rabitə qülləri və şəbəkələrini hədəfə alıblar.

Bu məlumatda həmin hücumun ehtimal olunan tələfatına işarə olunmayıb, amma bildirilibdir ki, bu hücumlardan sonra Hidan və Səhhar rayonları arasındakı telefon əlaqəsi kəsilibdir.

Ərəbistanın başçılığı altında olan təcavüzkar koalisiya döyüş meydanlarında məğlub olduqdan sonra Səədə əyaləti xüsusiyyət təşkil etməklə müxtəlif məntəqələrdə Yəmənin infrastruktur təsisatlarına qarşı hava hücumlarını şiddətləndiribdir.