Yəmənli qüvvələr səud muzdurların mövqelərinə raket hücumu ediblər
Noy 27, 2018 13:15 Asia/Baku
-
Yəmənli qüvvələr səud muzdurların mövqelərinə raket hücumu ediblər
Yəmənin ordusu və xalq komitələri qüvvələrinin raket bölməsi bir ədəd "Zəlzal-1" tipli ballistik raketlə səud muzdurlarının Təizdəki mövqelərini hədəfə alıblar.
Yəmənli mediaların bildirdiklərinə görə, bu raket səud muzdurlarının Təizdə yerləşən "Əlkədhə" bazasına düşübdür.
Bu raket hücumu nəticəsində çoxlu sayda səud ünsürü yaralandı.
Yəmənin ordusu və xalq komitələri həmçinin səud təcavüzkarların Ərəbistanın Əsir sərhəd şəhərində yerləşən "Ələb" keçidinə qarşı basqınını uğursuzluğa düçar etdi və onlardan bir qrupunu öldürdülər.