Yəmənlilər Nəcranı raketlə hədəfə alıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i329006-yəmənlilər_nəcranı_raketlə_hədəfə_alıblar
Yəmən ordusu və xalq komitələri dünən gecə səudiyyə rejiminin təcavüzlərinə cavab olaraq Səudiyyə Ərəbistanının cənubunda yerləşən Nəcranı 3 ballestik raketlə hədəfə alıblar
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 28, 2018 06:37 Asia/Baku
  • Yəmənlilər Nəcranı raketlə hədəfə alıblar
    Yəmənlilər Nəcranı raketlə hədəfə alıblar

Yəmən ordusu və xalq komitələri dünən gecə səudiyyə rejiminin təcavüzlərinə cavab olaraq Səudiyyə Ərəbistanının cənubunda yerləşən Nəcranı 3 ballestik raketlə hədəfə alıblar

Fars xəbər agentliyinin verdiyi məlumata görə, bu hücumun ehtimal olunan tələfatı və ziyanları barədə məlumat yoxdur. 

Yəmən qüvvələri bu hücumu səudiyyə koalisiyasının BMT nümayəndəsinin sülh müzakirələrinin yeni mərhələsinə start vermək səyləri ilə eyni zamanda öz hücumlarını artırmasına cavab olaraq həyata keçiriblər. 

Səna son vaxtlar hərbi hücumların dayandırılmasına hazır olduğunu bildirərək BMT-nin sülh müzakirələrinin yeni mərhələsinin başlanmasına dair layihəsinə öz xoşməramlılığını nümayiş etdirdi.

Yəmənin inqilab komitəsinin sədri Məhəmməd Əli Əl-Husi ötən həftə bir bəyanatda bildirdi ki, bu ölkə ordusu BMT-nin Yəmən üzrə nümayəndəsi Martin Qrifitsin səylərinə dəstək istiqamətində Səudiyyə koalissiyasının öz hücumlarını dayandıracağı təqdirdə, bütün hərbi əməliyyatları dayandırmağa hazır olduğunu bildirdi. 

Beynəlxalq ictimaiyyət son həftələrdə Yəməndə müharibənin dayandırılmasına dair səylərini artırıb amma Səudiyyə Ərəbistanı beynəlxalq ictimaiyyətin tələblərinə etina etmədən Yəmənə qarşı təcavcüzlərini davam etdirir.