Səudiyyə bazası Yəmən raketlərinin hədəfinə çevrilib
Noy 29, 2018 06:50 Asia/Baku
Yəmən ordusu və xalq komitələrinin raket bölməsi bu gün səhər Səudiyyə Ərəbistanının cənubunda Nəcran bölgəsində Sudiyyə pilotlarının yaşayış kompleksi və apaçi vertolyotlarının saxlanıldığı bazanı raketlə hədəfə alıblar.
İRİB-in verdiyi məlumata görə, Yəmən ordusu və xalq komitələrinin raket bölməsi raketlərin dəqiqliklə hədəfi vurduğunu bildirərək bu hücumda 2 səudiyyəli pilotun öldüyü, bir neçə apaçi vertolyotun məhv edildiyini vurğulayıb.
Nəcranı hədəfə alan raketlər həmçinin geniş yanğınlara və yanğının vertolyotlarda istifadə olunan silah anbarına yayılmasına səbəb olub.