Suriyada İŞİD-ə məxsus kimyəvi silah emalatxanası aşkar edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i329063-suriyada_İŞİd_ə_məxsus_kimyəvi_silah_emalatxanası_aşkar_edilib
Rusiyanın Müdafiə Nazirliyi çərşənbə günü Suriyanın Deyrəzzur vilayətində İŞİD terrorçularına məxsus kimyəvi silah emalatxanasının aşkar edilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 29, 2018 10:02 Asia/Baku
  • Suriyada İŞİD-ə məxsus kimyəvi silah emalatxanası aşkar edilib

Rusiyanın Müdafiə Nazirliyi çərşənbə günü Suriyanın Deyrəzzur vilayətində İŞİD terrorçularına məxsus kimyəvi silah emalatxanasının aşkar edilməsindən xəbər verib.

İRİB-nin verdiyi məlumata görə, Rusiyanın Xarici İşlər Nazirliyi İŞİD terrorçularının Suriyadakı qalıqlarının ABŞ-ın himayəsi altında olan kürd yaraqlılarına qarşı kimyəvi hücum həyata keçirməyə hazırlaşdıqlarına dair xəbərdarlıq edib. Bu məlumata görə, İŞİD terrorçularının bu hərəkəti ABŞ-a Suriya ordusuna qarşı hava hücumları həyata keçirmək bəhanəsi vermiş olacaq. 

Terrorçular ötən şənbə günü də Suriyanın şimalında yerləşən Hələb şəhərinin yaşayış məntəqələrini xlor qazına malik olan raketlər ilə hədəfə almışdılar. 

Bu hücumda təqribən 100 nəfər xəsarət alıb. Xlor qazı ilə tənəffüs etdikləri üçün zəhərlənməyə məruz qalan bu insanlar xəstəxanaya köçürülüblər. 

Terrorçular bundan öncə də Xan Şeyxun və Şərqi Qutədə oxşar hücumlar həyata keçirərək, Suriya ordusunun kimyəvi silahdan istifadə etməsinə dair görüntü yaratmağa çalışmışdılar. Bu da ABŞ və Qərb ölkələrinin Suriya əleyhinə hərbi hücumlarını əsaslandırması üçün bir bəhanə olmuşdu.