ABŞ-ın başçılıq etdiyi koalisiya qırıcıları Deyrəzzuru vurdu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i329064-abŞ_ın_başçılıq_etdiyi_koalisiya_qırıcıları_deyrəzzuru_vurdu
ABŞ-ın başçılıq etdiyi anti-İŞİD koalisiyasının qırıcıları çərşənbə günü Suriyanın Deyrəzzur vilayətində yerləşən Həcin kəndini bombalayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 29, 2018 10:02 Asia/Baku
  • ABŞ-ın başçılıq etdiyi koalisiya qırıcıları Deyrəzzuru vurdu

ABŞ-ın başçılıq etdiyi anti-İŞİD koalisiyasının qırıcıları çərşənbə günü Suriyanın Deyrəzzur vilayətində yerləşən Həcin kəndini bombalayıblar.

Əl-Aləm kanalının verdiyi məlumata görə, bu hücumda 6 nəfər həlak olub. 

ABŞ-ın başçılıq etdiyi koalisiya qırıcıları ötən həftələr ərzində Deyrəzzurun müxtəlif məntəqələrini o cümlədən Həcin kəndini intensiv şəkildə hücuma məruz qoyublar. Bu hücumlarda qadağan edilmiş fosfor bombalarından da istifadə edilib. 

Suriya hökuməti dəfələrlə BMT-nin baş katibi və Təhlükəsizlik Şurasının sədrinə məktub göndərərək, ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın cinayətlərinə son qoyulmasını istəyib.