Suriyada sionist rejimin bir qırıcısı məhv edilib
Suriya ordusunun hava hücumundan müdafiə qüvvələri bu ölkənin cənubunda sionist rejimin bir qırıcısını məhv ediblər.
Suriya ordusunun hava hücumundan müdafiə qüvvələri dünən gecə Dəməşq yaxınlığındakı əl-Kisvə məntəqəsinin üzərində bir neçə təcavüzkar hədəfə tərəf atəş açıblar. Nəticədə sionist rejim ordusunun bir ədəd qırıcısı və bu rejim tərəfindən atılmış dörd ədəd raket məhv edilibdir.
Bir hərbi mənbə Rusiyanın Sputnik xəbər agentliyi ilə müsahibədə deyib: Suriya ordusunun hava hücumundan müdafiə qüvvələri təcavüzkarın hər cür hədəfi ilə son dərəcə yüksək diqqətlə mübarizə aparmağa qadirdir və bu istiqamətdə də təcavüzkarın bütün raketlərini hədəfə dəyməzdən öncə vurubdur.
Sionist rejim daim terrorçulara dəsətk üçün Suriya ordusunun mövqelərini hədəfə alır.
Suriyada böhran 2011-ci ildən region proseslərini sionist rejimin xeyrinə dəyişmək məqsədilə Səudiyyə Ərəbistanı, ABŞ və müttəfiqlərinin dəstəyinə malik terror qruplaşmalarının irimiqyaslı hücumu ilə başlanıb.