BMT ABŞ-ın hücumlarında 25 əfqan mülkinin öldürüldüyünü təsdiq edib
BMT ABŞ hərbçilərinin Əfqanıstanın Hilmənd vilayətinə qarşı hücumlarında 25 əfqan mülkinin öldürüldüyünü təsdiq edib.
BMT-nin Əfqanıstandakı nümayəndəliyi-"UNAMA" bir hesabatda ABŞ-ın əfqan xalqına qarşı soyqırımı cinayətlərini pisləmədən bildirib: Amerikalı hərbçilərin Əfqanıstanın Hilmənd vilayətinin Gərmsir və Nadəli rayonlarına qarşı son hücumunda on yeddi nəfər yaralanıb.
BMT-nin Əfqanıstandakı nümayəndəliyi-"UNAMA"nın hesabatında deyilir ki, bu hücumun qurbanlarının əksər hissəsini qadınlar və uşaqlar təşkil edirlər.
Son zamanlar BMT cari milad ilində xarici hərbçilərin hava hücumlarında əfqan mülkilərin tələfatının əlli faiz artmasından xəbər verdi.
BMT-nin cari milad ilinin ilk doqquz ayında verdiyi hesabata görə, Əfqanıstanda müharibə, partlayılşlar və terror hücumlarında 2600-ə yaxın sivil həlak olub, 5200-dən çox mülki də yaralanıbdır.