İŞİD 5490 suriyalını edam edib
"Suriya insan haqları gözətçisi" adlı qrup bu gün bir hesabatda bildirib ki, İŞİD terror qrupu ötən 53 ayda Suriyada 5490 nəfəri edam edibdir.
Londonda yerləşən "Suriya insan haqları gözətçisi" adlı qrup qeyd edib ki, bu şəxslər birbaşa atəş, baş kəsilmə, daş-qalaq edilmə, yandırılma və yüksəkliklərdən atılma kimi müxtəlif üsullarla edam olunublar.
İŞİD bu müddətdə öz ünsürlərindən 586 nəfəri də Suriyanın müxtəlif məntəqələrində edam edibdir.
ABŞ-dan və Yaxın Şərqdəki bəzi ərəb rejimlərindən dəstək alan İŞİD terror qrupu indiyədək regionda, xüsusən Suriyada bir çox cinayətlər törədibdir.
Suriyada böhran 2011-ci ildən region proseslərini sionist rejimin xeyrinə dəyişmək məqsədilə Səudiyyə Ərəbistanı, ABŞ və müttəfiqlərinin dəstəyinə malik terror qruplaşmalarının irimiqyaslı hücumu ilə başlanıb.