Səudiyyə qırıcıları Əl-Hədidəyə hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i329196-səudiyyə_qırıcıları_Əl_hədidəyə_hücum_ediblər
Səudiyyə Ərəbistanının hərbi təyyarələri dünən gecə Yəmənin qərbində Əl-Hədidə vilayətinin Əl-Huk rayonunu bombalayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 01, 2018 06:53 Asia/Baku
  • Səudiyyə qırıcıları l-Hədidəyə hücum ediblər
    Səudiyyə qırıcıları l-Hədidəyə hücum ediblər

Səudiyyə Ərəbistanının hərbi təyyarələri dünən gecə Yəmənin qərbində Əl-Hədidə vilayətinin Əl-Huk rayonunu bombalayıblar.

İRİB-in verdiyi məlumata görə, bu hücumda 3 mülki ölüb və 7 nəfər yaralanıb. 

Səudiyyə qırıcıları dünən günortadan sonra da Əl-Kəramə kəndini bombalaylblar, nəticə də bir mülki ölüb. 

Təcavüzkar Səudiyyə koalisiyası 13 iyundan bəri Əl-Hədidə limanını işğal etməyə cəhd göstərir. 

Əl-Hədidə limanı Yəmənə humanitar yardımların ən əsas marşrutu hesab olunur..

BMT humanitar yardımlar üzrə koordinatoru son vaxtlar bildirib ki, Yəməndə durum son dərəcə acınacaqlıdır. 

Lis Qrandi Səudiyyə koalisiyasının Əl-Hədidəyə intensiv hücumlarına toxunub və bildirib ki, yəmənli ailələr hava hücumlarına görə qorxu içində yaşayırlar. 

Qrandi öncə də Əl-Hədidəyə insani faciənin baş verəcəyi barədə xəbərdarlıq edərək bildirmişdi ki, bu limada yüz minlərlə mülki ölüm təhlükəsi ilə üz-üzədir.