Suriyada Səvida vilayətində Amerikan silahlar aşkar edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i329278-suriyada_səvida_vilayətində_amerikan_silahlar_aşkar_edilib
Suriya ordusu ölkənin cənubunda Səvida vilayətində Amerika istihsalı olan çoxlu miqdarda silah-sursat aşkar etdiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 02, 2018 06:14 Asia/Baku
  • Suriyada Səvida vilayətində Amerikan silahlar aşkar edilib
    Suriyada Səvida vilayətində Amerikan silahlar aşkar edilib

Suriya ordusu ölkənin cənubunda Səvida vilayətində Amerika istihsalı olan çoxlu miqdarda silah-sursat aşkar etdiyini bildirib.

İRNA-nın verdiyi məlumata görə, Suriya ordusu bildirib ki, bu silah-sursatı Səvida vilayətinin şərqində Əl-Cənubiyyə bölgəsində axtarış əməliyyatı apararkən aşkar edib.

Səvida vilayəti tam azad edilmək ərəfəsindədir. 

Suriya ordusu hal-hazırda Səvida vilayətinin 95 faizini terrorçulardan təmizləyib. 

Suriya ordusu öncə də ölkənin müxtəlif bölgələrində İsrail, Amerika və digər qərb ölkələrinin istehsalı olan silah-sursat anbarları aşkar etmişdir.