Bəhreyndə 14 fevral inqilabçı gənclər koalisiyası bəyanat verib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i329280-bəhreyndə_14_fevral_inqilabçı_gənclər_koalisiyası_bəyanat_verib
Bəhreyndə 14 fevral inqilabçı gənclər koalisiyası bəyanat yayaraq 25 bəhreynliyə edam hökmünün çıxarılmasını Ali-Xəlifə rejiminin Bəhreyn xalqından intiqam alma hərəkəti adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 02, 2018 06:27 Asia/Baku
  • 14 fevral inqilabçı gənclər koalisiyası bəyanat verib
    14 fevral inqilabçı gənclər koalisiyası bəyanat verib

Bəhreyndə 14 fevral inqilabçı gənclər koalisiyası bəyanat yayaraq 25 bəhreynliyə edam hökmünün çıxarılmasını Ali-Xəlifə rejiminin Bəhreyn xalqından intiqam alma hərəkəti adlandırıb.

İRNA-nın verdiyi məlumata görə, Bəhreyndə 14 fevral inqilabçı gənclər koalissiyası öz bəyanatında 25 vətəndaşa qarşı edam hökmünün siyasi xarakter daşıdığını və xalqın parlament və bələdiyyə seçkilərini boykot etdiyinə görə ona qarşı intiqam məqsədi güddüyünü bildirib.

Bəhreyndə parlament və bələdiyyələr üzrə seçkilərin ilk mərhələsi 24 noyabrda keçirildi. 

Bəhreyn xalqı, qruplar və siyasi partiyaları bu seçkiləri formal adlandıraraq onu boykot etdilər. 

Nəzarətçilərə görə bu seçkilərin nəticələri öncədən müəyyənləşdirilib. 

Bəhreyn 2011-ci il 14 fevraldan bəri xalqın Ali-Xəlifə rejiminə qarşı inqilabının şahididir.