Ali-Səudun yəmənlilərə qarşı cinayətləri davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i329281-ali_səudun_yəmənlilərə_qarşı_cinayətləri_davam_edir
Səudiyyə koalisiyasının Əl-Hədidə və Sədə vilayətlərinə hava hücumlarında 6 yəmənli mülki ölüb 11 nəfər yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 02, 2018 06:45 Asia/Baku
  • yəmənlilərə qarşı cinayətləri davam edir
    yəmənlilərə qarşı cinayətləri davam edir

Səudiyyə koalisiyasının Əl-Hədidə və Sədə vilayətlərinə hava hücumlarında 6 yəmənli mülki ölüb 11 nəfər yaralanıb.

İRNA-nın verdiyi məlumata görə, Səudiyyə koalisiyası hərbi təyyarələri dünən gecə Əl-Hədidənin Əl-huk rayonunda Darussalam xəstəxanasının yaxınlığını bombalayıblar. 

Bu hücumda 3 yəmənli mülki ölüb başqa 7 nəfər o cümlədən də qadın və uşaqlar yaralanıb. 

Səudiyyə PUA-larının Əl-Hədidə limanında yaşayış məntəqələrinin hədəfə alması nəticəsində isə iki nəfər ölüb və 4 nəfər yaralanıb. 

Bir yəmənli də dünən Sədə vilayətinin Baqim bölgəsinə hücumda ölüb.