Suriyanın cənubunda 270 terrorçu məhv edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i329374-suriyanın_cənubunda_270_terrorçu_məhv_edilib
Suriyadakı Rusiya qüvvələrinin sözçüsü deyib: Suriya ordusu bir əməliyyatda təqribən 250 İŞİD terrorçusunu Suvəyda vilayətində məhv edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 03, 2018 08:16 Asia/Baku
  • Suriyanın cənubunda 270 terrorçu məhv edilib
    Suriyanın cənubunda 270 terrorçu məhv edilib

Suriyadakı Rusiya qüvvələrinin sözçüsü deyib: Suriya ordusu bir əməliyyatda təqribən 250 İŞİD terrorçusunu Suvəyda vilayətində məhv edib.

Sputnik-in verdiyi məlumata görə, Oleq Makaroviç bu barədə verdiyi açıqlamada deyib: Suriya ordusu bu əməliyyat zamanı çoxlu sayda terrorçunu məhv etməklə yanaşı, onlara məxsus külli miqdarda silah və hərbi sursat o cümlədən ABŞ istehsalı olan 12 ədəd tank əleyhinə "TAV" raketi ələ keçirib. 

İŞİD terror qruplaşmasının üzvləri 25 ilyulda ABŞ-ın işğalı altında olan ərazidən Suveydə vilayətinə hücum edərək, 250 nəfəri qətlə yetirmişdilər. Öldürülənlər arasında 30-a yaxın qadın və uşaq da olub. 

Suriyada təhlükəsizlik böhranı regionda qüdrət balansını İsrail rejiminin xeyrinə dəyişmək məqsədi ilə ABŞ və Ərəbistanın himayəsində olan terrorçuların 2011-ci ildə Suriyaya hücum etməsi ilə başlandı.