Dek 03, 2018 12:34 Asia/Baku
  • Livanda Ərəbistan səfirliyi önündə aksiya keçirilib
    Livanda Ərəbistan səfirliyi önündə aksiya keçirilib

Bir qrup livanlı Yəmənə qarşı savaşın davam etməsinə etiraz olaraq Beyrutda Ərəbistan səfirliyi önündə aksiya keçirib.

Əl-Aləm kanalının verdiyi məlumata görə, bazar günü Beyrutda Ərəbistan səfirliyinin qarşısında aksiya keçirən livanlılar Səudiyyə rejiminin Yəmənə olan hücumlarının dayandırılmasını və Yəməndə müharibə cinayəti törədən koalisiya üzvlərinin mühakimə olunmalarını istəyiblər. 

Bu etiraz aksiyası bir qrup yəmənli, fələstinli və lifanlı aktivistin dəvəti əsasında keçirilib. Aksiya iştirakçıları beynəlxalq dairələrin Ərəbistanın Yəməndəki cinayətləri qarşısında sükut etməsini də pisləyiblər. 

Bu etiraz aksiyasının kordinatoru Mərvə Həsən Ali-Səudun Yəmənə olan hücumlarını və ABŞ başda olmaqla bəzi Qərb dövlətlərinin Yəmənə olan hücumları dəstəkləməsini tənqid edərək, deyib: Livan xalqı Yəmənin məzlum xalqını və onun azadlıq uğrundakı mübarizəsini himayə edir. 

Ərəbistan ABŞ, BƏƏ və bir sıra digər ölkənin dəstəyi ilə 2015-ci ilin martından Yəmənə qarşı geniş hücumlara başlayıblar. Bu hücumlar Yəmənin bütün infrastrukturlarının məhv edilməsinə, on minlərlə insanın ölməsi, milyonlarla insanın didərgin düşməsinə səbəb olub. Ərəbistanın Yəməni mühasirədə saxlaması isə ölkəni aclıq böhranı ilə üzləşdirib. 

Teqlər