İsrail başçıları ən korrupsionerlər sırasında
-
İsrail başçıları ən korrupsionerlər sırasında
Ən son rəy sorğusuna əsasən İsraillilər sionist rejim başçılarının korrupsioner olduğuna inanır və onlara etimad etmirlər.
İsraildə çıxan Yerusəlim Post qəzeti ən son sayında bir rəy sorğusunun nəticələrini dərc edərək, yazıb: İsraillilərin 47%-i İsrail başçılarının korrupsioner olduqlarına inanır.
"Qutman İctimai Rəy və Siyasi Araşdırmalar Mərkəzi" tərəfindən həyata keçirilmiş rəy sorğusuna əsasən İsrail başçıları arasında korrupsiya halları və əxlaqsızlıq çox geniş yayılıb. Bu rəy sorğusuna əsasən Nazirlər Kabineti 72%, bələdiyyələr 69%, Knesset (parlament) 66% və medialar 58% ilə ən korrupsiyalaşmış qrumlardırlar.
İsrailin başçısı Ravin Rivlin bu rəy sorğusunun nəticəsinə reaksiya olaraq deyib: İsraillilərin öz seçdikləri şəxslərə bu qədər etimadsız olması çox ciddi məsələdir.
İsrail başçıları arasında korrupsiya halları o qədər dərin köklərə malikdir ki, hətta, bu rejimin baş naziri Benyamin Netanyahu da 4 cinayət işində ittiham edilir və İsrail polisi onun barəsində cinayət işinin açılmasını istəyib.
İsrailin sabiq başçısı Moşe Katsav və sabiq baş nazir İhud Olmert də əxlaqsızlıq və korrupsiya ilə əlaqədar məsuliyyətə cəlb olunaraq, istefa verməyə məcbur olublar.