Dek 04, 2018 13:49 Asia/Baku
  • Suriya ordusu ölkənin qərbində terrorçuların toplaşdığı məkanı vurdu
    Suriya ordusu ölkənin qərbində terrorçuların toplaşdığı məkanı vurdu

Suriya ordusu ölkənin qərbində, Həmanın şimal ətrafında yerləşən Məvrək şəhəri və Lətamənə qəsəbəsinin yaxınlığında terrorçuların toplaşdıqları məkanlara hücum edib.

Əl-Aləm kanalının verdiyi məlumata görə, Suriya ordusu ölkənin qərbində terrorçuların toplaşdıqları məkana hücum edərək, bir qrup terrorçunu öldürüb. 

Terrorçular ötən günlər ərzində Həmanın şimalında və İdlibin cənub-şərqində Suriya ordusunun mövqelərinə hücum ediblər. 

Suriya mənbələri həmçinin, Ən-Nüsrə Cəbhəsi terrorçularının İdlib, Həma və Latakiya şəhərlərinin ətrafında geniş hərəkətlənməyə başladıqlarından xəbər veriblər. Bu məlumata görə, bu hərəkətlilik Suriya ordusunun Səhlül-Ğab məntəqəsində terrorçulara qarşı geniş əməliyyata hazırlaşmasına dair xəbərlərin yayılmasının ardınca başlanılıb. 

Teqlər