Dek 07, 2018 21:26 Asia/Baku
  • Amerikan koalisiyanın qırıcıları Suriyanın şərqini bombalayıblar

Suriyalı mənbələr sözdə beynəlxalq anti-İŞİD koalisiyasının Suriyanın şərqindəki Diyrəzzur vilayətində yerləşən bir məntəqəyə qarşı hücumlarından xəbər veriblər.

ABŞ-ın başçılığı altında olan sözdə beynəlxalq anti-İŞİD koalisiyası qırıcılarının Diyrəzzurun Həcin kəndinə qarşı hücumunda azı səkkiz sivil həlak olub.

Amerikan koalisiyanın qırıcıları son günlər dəfələrlə Həcin kəndini qadağan olunmuş fosfor bombaları ilə bombardman ediblər.

Suriya dövləti dəfələrlə BMT-nin baş katibinə və təhlükəsizlik şurasının sədrinə məktublar göndərərək, onlardan amerikan koalisiyanın cinayətlərinə son qoymalarını istəyibdir.

Amerika son illərdə terror qrupları ilə mübarizə bəhanəsi ilə dəfələrlə Suriya və İraqda mülkiləri hədəfə alıbdır.

Teqlər