Əfqanıstanda İŞİD-im media məsulu həbs olunub
Dek 09, 2018 05:37 Asia/Baku
-
İŞİD-im media məsulu həbs olunub
Əfqanıstanın təhlükəsizlik qüvvələri dünən bu ölkənin şərqində yerləşən Nəngərhar vilayətində İŞİD terror qrupunun Əfqanıstandakı media məsulunu həbs ediblər.
Nəngərhar vilayətinin yerli rəsmiləri bildiriblər ki, Əfqanıstanın təhlükəsizlik qüvvələri İŞİD terror qrupunun media məsulu Əyyubini və bu terror qrupunun iki digər üzvünü bu vilayətin Behsud rayonunda həbs ediblər.
Nəngərhar vilayəti İŞİD-in Əfqanıstandakı fəaliyyəti üzrə əsas mərkəz sayılır.
Əfqan rəsmilər dəfələrlə bildiriblər ki, İŞİD terror qrupu Əfqanıstanda xarici maliyyə və silah köməklərindən bəhrələnirlər.
ABŞ və müttəfiqləri terrorizmlə mübarizə və təhlükəsilziyin təmini bəhanəsilə 2001-ci ildən Əfqanıstanda yuva salıblar.