Qətər Ər-Riyad sammitinin yekun qətnaməsini qınadı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i329861-qətər_Ər_riyad_sammitinin_yekun_qətnaməsini_qınadı
Qətər Ər-Riyadda keçirilən Fars Körfəzi Əməkdaşlıq Şurasının yekun bəyanatını "dayaz" adlandıraraq, bu şuranın üz-üzə olduğu həqiqi problemlərin diqqətdən kənarda saxlanıldığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 10, 2018 13:15 Asia/Baku
  • Qətər Ər-Riyad sammitinin yekun qətnaməsini qınadı
    Qətər Ər-Riyad sammitinin yekun qətnaməsini qınadı

Qətər Ər-Riyadda keçirilən Fars Körfəzi Əməkdaşlıq Şurasının yekun bəyanatını "dayaz" adlandıraraq, bu şuranın üz-üzə olduğu həqiqi problemlərin diqqətdən kənarda saxlanıldığını bildirib.

Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrin 39-cu sammiti bazar günü Ər-Riyadda öz işini başa vurub. Bəzi üzv ölkələrin aşağı səviyyədə iştirak etdiyi sammit nəticəsiz başa çatıb. Qətər əmiri və Oman kralı Ər-Riyad sammitinə qatılmayıblar.

Əl-Aləm kanalının bildirdiyinə görə, Qətərin Xarici İşlər N azirliyinin Mətbuat Xidmətinin rəhbəri Əhməd Əl-Mərihi Ər-Riyad iclasında Fars Körfəzi böhranının o cümlədən Qətərin mühasirədə saxlanılmasının və bu böhranın həll yollarının gündəmə gətirilməməsini tənqid edib.