Ənsarullah: Sülh olmazsa, yeganə yol mübarizədir
-
Yəmən sülh müzakirələri - İsveç
İraqda İŞİD-in varlığına son qoyulmasından düz bir il ötür. Bu müddət ərzində İŞİD-in İraqda törətdiyi cinayətlərinə dair yeni faktların aşkar edilməsi ilə, bu cinayətlərin miqyası bir qədər də aydınlaşıb.
Təqribən bir il öncə belə bir günlər idi ki, İraq ordusu Suriyanın Bu-Kəmal şəhəri ilə sərhəd məntəqədə yerləşən, Əl-Ənbar vilayətindəki Qaim şəhərində İŞİD-in sonuncu sığınacağını darmadağ etdi. Bununla da İraq dövləti rəsmən ölkə ərazisində İŞİD-in varlığına son qoyulduğunu elan etdi.
O günlərdən ötən bir ildə İraq xalqı rahat nəfəs almağa başlayıb: “Bizi terrorizm bəlasından xilas edən xalq qüvvələri və dövlət orqanlarını bu böyük qələbə münasibətilə təbrik edirəm.”
İraqda İŞİD-in işğalına son qoyulmasından düz bir il sonra İŞİD-in törətdiyi cinayətlərlə bağlı daha yaxından tanış olmaq üçün hərbi sənədlərin saxlanıldığı bazaya müraciət etdik: “Burada İŞİD-in cinayətlərinə dair sənədlər saxlanılır. Bu sənədlərin böyük bir hissəsini terrorçuların şəxsi məlumat bazası təşkil edir.”
2014-cü ildə İraqın üçdə birini işğal etməyə nail olan İŞİD başlıca himayədarları olan ABŞ, İsrail və Ərəbistanın dəstəyi ilə İraq və Suriya sərhədlərini götürməyə və qondarma xilafətinin varlığını elan etməyə çalışdı. Amma, bu fitnə planı İraq, Rusiya, Suriya və İran İslam Respublikasından təşkil olunmuş dörd tərəfli Bağdad təhlükəsizlik qərargahının yaradılması ilə uğursuzluğa düçar oldu.
Bunlar İŞİD-in pilotsuz uçan aparatlarıdır. Bunlar isə terrorçuların modern silahlarıdır. Bunlar isə İŞİD terrorçularının öz hücumlarında kimyəvi maddələrdən istifadə etmələrinə dair sənədlərdir: “Terrorçular bəzi məntəqələrdə onlara tabe olmaqdan imtina edən mülki əhaliyə qarşı kimyəvi silahlardan istifadə edirdilər. Mosul, Kərkük, Səlahəddin və Fəllucə bi kimi məntəqələrdən sayılır.”
Bunlar isə İŞİD terrorçularının istifadə etdikləri avtomobillərin dövlət nişanlarıdır. Onların çoxu Ərəbistan və İordaniyaya məxsusdur. Bunlar isə İŞİD terrorçularının şəxsi məlumatlarına dair sənədlərdir. Burada Rusiya, Fransa, Tacikistan, Tunis, Misir, Liviya, Ərəbistan və digər ölkələrdən gəlmiş terrorçulara dair məlumatlar var. Heç şübhəsiz İŞİD-in məğlub olmasına ən çox sevinən, müasir elmlər yerinə məktəbdə baş kəsmək və bomba partlatmaq öyrənməyə məcbur edilən iraqlı uşaqlardırlar: “İbtidai sinif şagirdlərinə silahdan istifadə öyrədilirmiş. Onlar, təhsil müddətini 12 ildən 9 ilə endirərək, 18 yaşları tamam olmamış uşaqlardan döyüşçü kimi istifadə etməyə çalışıblar.”
Statistik məlumatlara görə, İraqlı qüvvələr ilə İŞİD terrorçuları arasında 3 il sürən döyüşlər zamanı 158643 terrorçu öldürülüb. Onların böyük hissəsini isə əsasən ərəb olan xarici ölkə vətəndaşları təşkil edir.