Kabildə törədilən terror aktında 4 nəfər həlak olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i329931-kabildə_törədilən_terror_aktında_4_nəfər_həlak_olub
Çərşənbə axşamı səhər saatlarında Kabilin qərbində törədilən terror aktında 4 təhlükəsizlik qüvvəsi həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 11, 2018 11:25 Asia/Baku
  • Kabildə törədilən terror aktında 4 nəfər həlak olub
    Kabildə törədilən terror aktında 4 nəfər həlak olub

Çərşənbə axşamı səhər saatlarında Kabilin qərbində törədilən terror aktında 4 təhlükəsizlik qüvvəsi həlak olub.

İRİB-nin verdiyi məlumata görə, Əfqanıstanın Daxili İşlər Nazirliyinin sözçüsü Nəcib Daneş deyib: Terrorçu kamikadze idarə etdiyi avtomobil ilə Kabil vilayətinin Yəğman qəsəbəsində təhlükəsizlik qüvvələrinin avtomobil karvanına hücum edib. Avtomobildə bomba olduğu üçün güclü partlayış baş verib. Nəticədə 4 təhlükəsizlik qüvvəsi həlak olub, 6  nəfər isə  yaralanıb.

Əfqanıstanın Daxili İşlər Nazirliyinin sözçüsünün müavini Nüsrət Rəhimi də deyib: Hadisə qurbanlarının sayı dəyişə bilər.