Yəmən ordusu səud pilotsuzunu vurub
Dek 14, 2018 06:31 Asia/Baku
-
ordusu səud pilotsuzunu vurub
Yəmən ordusunun hava hücumundan müdafiə qüvvələri Ərəbistanın Cizan məntəqəsində bu ölkənin casusluq pilotsuzunu vurublar.
Yəmən ordusunun hava hücumundan müdafiə qüvvələri dekabrın 11-də də Yəmənin qərb sahilində Ərəbistanın bir casusluq pilotsuzunu vurmuşdular.
Belə bir halda, Yəmənin silahlı qüvvələrinin sözçüsü Yəhya Səri İsveçdə keçirilən Yəmən sülh müzakirələrinin sonunda deyibdir ki, müzakirələrin başa çatması və ilkin razılaşmaların əldə olunması ilə bir vaxtda səud koalisiyasının hava hücumları artıbdır.
Səri əlavə edib: Ötən 24 saat ərzində Ərəbistan qırıcıları Yəmənin əl-Hudəydə əyalətində yerləşən əl-Dərihmi rayonunu 18 dəfə bombalayıblar.