Sionist rejim bir fələstinlini şəhid edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i330213-sionist_rejim_bir_fələstinlini_şəhid_edib
Qəzzə zolağında yerləşən Fələstin səhiyyə nazirliyi fələstinli Həmdan Arizənin sionistlərin atəşləri nəticəsində İordan çayının qərb sahilinin mərkəzində yerləşən əl-Birə şəhərinin sənaye məntəqəsində şəhid edilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 14, 2018 11:47 Asia/Baku
  • Sionist rejim bir fələstinlini şəhid edib
    Sionist rejim bir fələstinlini şəhid edib

Qəzzə zolağında yerləşən Fələstin səhiyyə nazirliyi fələstinli Həmdan Arizənin sionistlərin atəşləri nəticəsində İordan çayının qərb sahilinin mərkəzində yerləşən əl-Birə şəhərinin sənaye məntəqəsində şəhid edilməsindən xəbər verib.

Sionist rejim ordusunun hərbçiləri Həmdan Arizənin sionist hərbçiləri avtomobillə basmaq istədiyini iddia edib, onu yaxın məsafədən atəşə tutaraq, şəhid ediblər.

İcimai şəbəkələrə qoyulmuş video-falylda görünür ki, işğalçı hərbçilər Qırmızı Aypara Təşkilatının xilasedici və yardım qruplarının bu altmış yaşlı fələstinliyə yardım göstərmələrinə icazə verməyiblər.

Bu fələstinli şəhid İordan çayının qərb sahilində yerləşən Cenin şəhərinin sakinlərindən olubdur. Onun əl-Birə şəhərinin sənaye məntəqəsində bir zavodu olub və avtomobilinin yoldan yayınmasından sonra sionist hərbçilər tərəfindən atəşə tutularaq, şəhid edilibdir.