BMT: Yəməndə durum son dərəcə acınacaqlıdır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i330266-bmt_yəməndə_durum_son_dərəcə_acınacaqlıdır
Birləşmiş Millətlər Təşkilatının baş katibinin humanitar məsələlər üzrə müavini BMT Təhlükəsizlik Şurasının Yəmən barədəki iclasında deyib: Yəmən dünyanın ən dərin humanitar böhranı ilə üz-üzədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 15, 2018 12:20 Asia/Baku
  • BMT: Yəməndə durum son dərəcə acınacaqlıdır
    BMT: Yəməndə durum son dərəcə acınacaqlıdır

Birləşmiş Millətlər Təşkilatının baş katibinin humanitar məsələlər üzrə müavini BMT Təhlükəsizlik Şurasının Yəmən barədəki iclasında deyib: Yəmən dünyanın ən dərin humanitar böhranı ilə üz-üzədir.

İRİB-in verdiyi məlumata görə, Mark Lokok yəmənli ailələrin çoxunun evsiz-eşiksiz olduğunu bildirərək deyib: Yəməndə milyonlarla insan səmərəsiz qidalanmanın fəsadlarından əziyyət çəkir. 

BMT-nin Yəməndəki humanitar məsələlər üzrə koordinatoru da xəbərdarlıq edib ki, Yəməndə müharibənin davam etməsi ümumölkə qıtlığa səbəb olacaq. 

Lise Qrandi deyib: Yəmən müharibəsi dayandırılmazsa əsrin ən böyük qıtlığı baş verəcək. 

Səudiyyə Ərəbistanının yoxsul Yəmənə qarşı hərbi təcavüza bu ölkəni ərzaq və dərman qıtlığı ilə üz-üzə qoyub.