Səudiyyə koalisiyasının hücumlarında 4 yəmənli həyatını itirib
Dek 16, 2018 15:30 Asia/Baku
-
Səudiyyə koalisiyasının hücumlarında 4 yəmənli həyatını itirib
Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiyanın Yəmənin müxtəlif məntəqələrinə olan hücumları zamanı ikisi uşaq olmaqla 4 nəfər həyatını itirib.
Əl-Aləm kanalının verdiyi məlumata görə, Səudiyyə muzdluları Yəmənin müxtəlif məntəqələrini ağır artilleriya ilə atəşə tutaraq, xeyli zərər və ziyan yetiriblər.
Səudiyyə koalisiyasının Yəmənə olan hücumları İsveçrədə cərəyan edən Yəmən sülh müzakirələrində atəşkəslə bağlı anlaşmanın əldə edilməsinə rəğmən davam edir.
Ərəbistan və müttəfiqlərinin Yəmənə olan hücumlarında indiyə kimi on minlərlə insan həlak olub, milyonlarla insan didərgin düşüb.