Suriyanın İfrin şəhərində terror; 5 nəfər həyatını itirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i330327-suriyanın_İfrin_şəhərində_terror_5_nəfər_həyatını_itirib
Suriyanın Hələb vilayətinin şimalında, İfrin şəhər bazarında bomba quraşdırılmış avtomobilin partladılması nəticəsində 5 nəfər ölüb, 20 nəfər də xəsarət alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 16, 2018 16:41 Asia/Baku
  • Suriyanın İfrin şəhərində terror; 5 nəfər həyatını itirib
    Suriyanın İfrin şəhərində terror; 5 nəfər həyatını itirib

Suriyanın Hələb vilayətinin şimalında, İfrin şəhər bazarında bomba quraşdırılmış avtomobilin partladılması nəticəsində 5 nəfər ölüb, 20 nəfər də xəsarət alıb.

İRNA-nın məlumatına görə, bazar günü İfrin şəhər bazarında bomba quraşdırılmış avtomobilin partladılması ilə bir vaxtda, bomba quraşdırılmış bir motorsiklet də şəhərin mərkəzində partladılıb.

bu məlumata görə, İfrin şəhərində törədilən partlayışlar insan tələfatı ilə yanaşı yanğına da səbəb olub.

İfrin hazırda Suriyanın mərkəzi hökumətinin nəzarəti altında deyil. Ötən cümə axşamı günü də İfrində bir neçə partlayış törədilmişdi. Bu terror hücumları bir qrup mülkinin ölməsi və yaralanmasına səbəb olmuşdu.

Bu arada ABŞ-ın himayəsində olan kürd yaraqlılarının sözçüsü Məzlum Kobani Türkiyə hökumətinin Suriyanın şimalında hərbi əməliyyatlara başlayacağı təqdirdə, kürd yaraqlılarının Türkiyə ordusuna qarşı savaşacağını bildirib.