İsmayıl Həniyyə: Qayıdış Haqqı yürüşü Qəzzə mövzusunu beynəlxalq məsələyə çevirdi
Dek 16, 2018 18:01 Asia/Baku
-
İsmayıl Həniyyə: Qayıdış Haqqı yürüşü Qəzzə mövzusunu beynəlxalq məsələyə çevirdi
Fələstinin İslam Müqaviməti Hərəkatı Həmas-ın siyasi bürosunun sədri deyib: Qayıdış Haqqı yürüşü uzun illər mühasirədə olan və diqqətlərdən kənarda qalan Qəzzəni regional və beynəlxalq səviyyədə önəmli bir məsələyə çevirib.
İsmayıl Həniyyə bazar günü Həmas-ın təsis edilməsinin 31-ci ildönümü münasibətilə keçirilən mərasimdə deyib: Qayıdış Haqqı yürüşü Qəzzənin mühasirəsinə son qoyulmasını və fələstinli didərginlərin öz evlərinə qayıtması haqqına təkid edir. Bu məsələ fələstinlilərin yeni nəslinin öz haqlarından geri çəkilmədikləri mənasındadır.
Həniyyə həmçinin deyib: Müqavimətə dəstək tam formada davam edir və sionist düşmən ilə savaşın vəziyyətinə aydınlıq gətirəcək son mübarizə meydanı İordan çayının qərb sahilidir.