Ərəbistan Yəməndə sülhə mane olur
https://azeri.sahartv.ir/news/qərbi_asia-i330496-Ərəbistan_yəməndə_sülhə_mane_olur
BMT-nin nəzarəti altında Stokholmda cərəyan edən Yəmən sülh müzakirələrinin sonunda atəşkəslə bağlı razılığın əldə edilməsinə baxmayaraq, təcavüzkar Səudiyyə qüvvələri son günlər Yəmənə olan hücumlarını daha da artırıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 17, 2018 17:13 Asia/Baku
  • Yəmən ordusunun sözçüsü
    Yəmən ordusunun sözçüsü

BMT-nin nəzarəti altında Stokholmda cərəyan edən Yəmən sülh müzakirələrinin sonunda atəşkəslə bağlı razılığın əldə edilməsinə baxmayaraq, təcavüzkar Səudiyyə qüvvələri son günlər Yəmənə olan hücumlarını daha da artırıblar.

Yəmən ordusunun sözçüsü təcavüzkar Səudiyyə qüvvələrinin Yəmənə olan hücumlarının hələ də davam etdiyinə işarə edib və deyib: Səudiyyə qırıcılarının Yəminin müxtəlif məntəqələrini bombardman etmələri nəticəsində 5 mülki həyatını itirib. Bu hadisədə bir neçəsi uşaq olmaqla bir qrup yəmənli də xəsarət alıb. Bu hücumlarla bir vaxtda təcavüzkar qüvvələr Əl-Məxa məntəqəsində də, Yəmənin qərb sahillərinə qarşı yeni hərbi əməliyyatlar üçün yeni muzdlu qüvvə toplamağa başlayıblar. Yəmən ordusu sözçüsünün dediyinə görə, bu addım beynəlxalq müşahidəçilərin Yəmənə daxil olmasından öncə təcavüzkarların geniş hərbi əməliyyatlar ilə bir sıra uğurlar əldə etmək istəyindən xəbər verir.(37)

Yəmən ordsunun sözçüsü: “Bundan öncə də Yəmənin silahlı qüvvələrinin ölkədə sabitliyin bərqərar edilməsinə lazımi şəraitin yaradılmasına dair təkidini diqqətlərə çatdırmışdıq. Amma, təcavüzkarlar Yəmənə olan hücumlarını davam etdirirlər. Bir daha təkid edirik, silahlı qüvvələrimiz təcavüzlər qarşısında sakit qalmayacaq.”

Yəmənli analitik isə deyir: “Səudiyyə rejimi və müttəfiqləri daim beynəlxalq öhdəlikləri pozurlar. Biz, bu dəfə belə olmayacağını ümid edirdik. Amma, onların mahiyyəti belədir. Buna görə də vahid taleyə malik olan Yəmən xalqı düşmən qarşısında birləşməlidir.”

İşğalçı qüvvələr Əl-Hudəydə vilayətinə olan hücumlarını davam etdirməklə yanaşı, Nihəm və Səna istiqamətində də yeni əməliyyatlara başlayıblar. Yəmən ordusunun sözçüsü son zamanlar Nihəm və Sənada 700 təcavüzkar qüvvənin öldürülməsi və ya xəsarət almasından xəbər verib. Təcavüzkarların Yəmənin müxtəlif məntəqələrinə olan hücumlarının artmasına cavab olaraq, yəmənli qüvvələr təcavüzkarların mövqeyini bir ədəd ballistik raket ilə hədəfə alıblar. Həmçinin, Nəcran vilayətində yerləşən Əl-Sudeys hərbi bazasının  yaxınlığında təcavüzkar qüvvələrin toplaşdığı məkan bir ədəd “Zilzal-1” ballistik raketi ilə hədəfə alınıb.

 Yəmən ordusunun zabiti: “Biz, beynəlxalq öhdəliklərə əhəmiyyət verməyən bir düşmən ilə üz-üzəyik. Düşmənin fırıldaqçı olduğunu da yaxşı bilirik. Buna görə də silahlı qüvvələrimiz Yəməni müdafiə etməyə hazırdırlar.”

Siyasi müşahidəçilərin dediklərinə görə, sülh müzakirələrində atəşkəslə bağlı anlaşmanın əldə edilməsinə rəğmən işğalçı qüvvələrin Yəmənə olan hücumlarının artması, onların İsveç sülh müzakirələrinin nəticəsindən həmçinin, Yəmənin Ənsarullah Hərəkatının BMT və beynəlxalq ictimaiyyət tərəfindən rəsmən tanınmasından narazıdırlar. Zira, Səudiyyə Ərəbistanı və Mənsur Hadi İsveç müzakirələrindən öncə Ənsarullahı rəsmən tanımırdılar.