Yəmənin Əl-Hudəydə vilayətində atəşkəs başlandı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i330509-yəmənin_Əl_hudəydə_vilayətində_atəşkəs_başlandı
İsveç müzakirələrində yəmənli qruplar arasında razılaşdırılmaş atəşkəs yerli vaxtla çərşənbə axşamı saat 00:01-dən etibarən Yəmənin qərbində yerləşən Əl-Hudəydə liman şəhərində qüvvəyə minib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 18, 2018 09:35 Asia/Baku
  • Yəmənin Əl-Hudəydə vilayətində atəşkəs başlandı
    Yəmənin Əl-Hudəydə vilayətində atəşkəs başlandı

İsveç müzakirələrində yəmənli qruplar arasında razılaşdırılmaş atəşkəs yerli vaxtla çərşənbə axşamı saat 00:01-dən etibarən Yəmənin qərbində yerləşən Əl-Hudəydə liman şəhərində qüvvəyə minib.

İRNA-nın məlumatına görə, BMT baş katibinin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi Martin Qrifits çərşənbə axşamı atəşkəsin qüvvəyə mindiyini elan edərək, deyib: Koordinasiya komitəsi atəşkəsə nəzarətlə bağlı artıq öz fəaliyyətinə start verib. 

Yəmənin Əl-Hudəydə şəhərində atəşkəsin elan edilməsindən bir gün öncə yəni, bazar ertəsi günü Ərəbistan qırıcıları Əl-Hudəydə vilayətində yerləşən Zəha məntəqəsini 3 dəfə bombardman ediblər. 

Yəmənin Ali İnqilab Komitəsinin sədri Məhəmməd Əli Husi Əl-Hudəydə vilayətində atəşkəsin elan edilməsini müsbət qarşılayıb. 

Əl-Hudəydə limanı Yəmənə humanitar yardımların çatdırılması üçün əsas giriş nöqtəsi sayılır. 

Yəmənli qruplar arasındakı sülh müzakirələrinin dördüncü mərhələsi BMT-nin Yəmən məsələləri üzrə nümayəndəsi Martin Qrifitsin sədrliyi lə 6 dekabrda İsveçdə start götürmüşdü. Bir həftə davam edən bu müzakirələr 13 dekabrda Əl-Hudəydə vilayətində atəşkəsin elan edilməsinə dair razılığın əldə edilməsi ilə öz işini başa vurdu. 

İndiyə kimi Yəməndə sülhün bərqərar edilməsi üçün bir neçə cəhd göstərilsə də, hər fədə Ərəbistan və müttəfiqləri səyləri nəticəsiz qoyublar. 

Ərəbistan ABŞ və müttəfiqlərinin o cümlədən Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi ilə 2015-ci ilin martından Yəmənə qarşı müharibəyə başlayıb və bu ölkəni havadan, qurudan və dənizdən mühasirədə saxlayır. İndiyə kimi Ərəbistanın Yəmənə olan hücumlarında on minlərlə insan həlak olub, milyonlarla insan didərgin düşüb. Ölkə tamamilə viran edilib. 

Ərəbistanın Yəmənə olan hücumları dünyanın ən yoxsul ölkəsini aclıq fəlakətinə sürükləyib. Ölkədə humanitar faciə yaşanır.