Yəməndə 10 muzdlu öldürülüb
-
Yəməndə 10 muzdlu öldürülüb
Yəmən ordusu və xalq komitələri dünən Marib vilayətində 10 Səudiyyə muzdlusunu məhv ediblər.
Əl-Aləm telekanalının verdiyi məlumata görə, Əl-Cof vilayətinin Xəb Vəşşəf bölgəsinə nüfuz etmək istəyən Səudiyyə muzdluları yəmənli qüvvlərin müqaviməti ilə nakam qalıblar.
Digər tərəfdən Səudiyyə koalisiyası dünən Əl-Hədidə vilayətinin atəşkəsdən kənarda yerləşən Əl-Hali rayonunun Əl-Xəmis küçəsini artileriya atəşi ilə hədəfə alıb və nəticədə 1 mülki həlak olub 7 nəfər yaralanıb.
Əl-Hədidədə atəşkəsə dair İsveç razılaşmasının icrasında dünən səhərdən start verilib.
Yəmən sülh müzakirələrinin 4-cü mərhələsinə 6 dekabrda Stokholmda yəmənli tərəflərin iştirakı və BMT baş katibinin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffitsin başçılığı ilə start verildi və 13 dekabrda Əl-Hədidədə atəşkəs razılaşmasının əldə olunması ilə yekunlaşdı.
Səudiyyə Ərəbistanı ABŞ, BƏƏ və bir neçə başqa ölkənin dəstəyi ilə 2015-ci il mart ayında Yəmənə hərbi təcavüzə başladı və bu ölkəni quru, dəniz və havadan mühasirəyə aldı. Səudiyyə Ərəbistanı və onun müttəfiqlərinin Yəmənə qarşı müharibəsi nəticəsində indiyədək 14 min yəmənli ölüb, on minlərlə yəmənli yaralanıb və milyonlarla adam didərgin düşüb.
Səudiyyə Ərəbistanının Yəmənə hərbi təcavüzü həmçinin bu ölkədə ərzaq və dərman qıtlığı ilə nəticələnib.