Di Mistura siyasi sahədə son Suriya olaylarının irəliləyişindən danışıb
-
Di Mistura siyasi sahədə son Suriya olaylarının irəliləyişindən danışıb
BMT baş katibinin Suirya məsələləri üzrə xüsusi nümayəndəsi deyib ki, dörd il dörd ay müddətinə xüsusi nümayəndə postunda olub və bu tapşırıq müddəti təqribən birinci dünya müharibəsi müddətinə bərabər olubdur.
Öz tapşırıq müddətinin sonunda sonuncu aylıq hesabatını BMT Təhlükəsizlik Şurasına üzv ölkələrin nümayəndələrinə təqdim edən Stefan Di Mistura əlavə edib: Suriya xalqı yeddi il yarımdır, müharibəyə və döyüşlərə dözür və bu müharibənin müddəti 2-ci dünya müharibəsinin müddətindən çox olubdur.
BMT baş katibinin Suirya məsələləri üzrə xüsusi nümayəndəsi deyib: Biz əsas qanun komitəsinin yaradılması işini təqribən tam şəkildə nəticəyə çatdırmağa müvəffəq olduq ki, əsas qanunda islahatlar üzrə ilkin mətni hazırlamış olaq və bu, siyasi prosesin formalaşmasına kömək etmiş olsun.
Di Mistura əlavə edib: Əsas qanun komitəsi real siyasi prosesin bünövrəsi ola bilər.
Suriyanın BMT-dəki daimi nümayəndəsi də bildiribdir ki, heç kəs Suriyanın əsas qanununun hazırlanmasında özünü qəyyum qərar verə bilməz.
Bəşar əl-Cəfəri vurğulayıb: Əsas qanunun Suiryanın hakimiyyəti ilə əlaqəsi var və biz icazə verməyəcəyik ki, bir kəs onun hazırlanması üçün bizə müəyyən zaman təyin etmiş olsun, zira o, Suriyanın gələcək qanununu təyin edir.
O, həmçinin müxtəlif ölkələrdən istəyibdir ki, Suirya məsələsi barədə bir daha fikirləşsinlər ki, müharibənin bitməsinə və bütün dünya üçün bir təhdid sayılan terror qruplarından xilas olmağa zəmin yaranmış olsun.