M.Ə. əl-Husi: Amerika və müttəfiqləri sülh səylərinin uğursuz qalmasında məsuliyyət daşıyırlar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i330777-m.Ə._əl_husi_amerika_və_müttəfiqləri_sülh_səylərinin_uğursuz_qalmasında_məsuliyyət_daşıyırlar
Yəmən Ali İnqilab Komitəsinin sədri deyib: Yəmənə qarşı hərbi təcavüzün dayandırılmasını himayə etməyəcək hər bir qətnamə əslində sülh səylərini aradan götürmək üzrə bir addımdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 21, 2018 15:25 Asia/Baku
  • M.Ə. əl-Husi: Amerika və müttəfiqləri sülh səylərinin uğursuz qalmasında məsuliyyət daşıyırlar
    M.Ə. əl-Husi: Amerika və müttəfiqləri sülh səylərinin uğursuz qalmasında məsuliyyət daşıyırlar

Yəmən Ali İnqilab Komitəsinin sədri deyib: Yəmənə qarşı hərbi təcavüzün dayandırılmasını himayə etməyəcək hər bir qətnamə əslində sülh səylərini aradan götürmək üzrə bir addımdır.

Yəmən Ali İnqilab Komitəsinin sədri Muhəmməd Əli əl-Husi əlavə edib: Amerikanın İngiltərənin Yəmən barədəki qətnamə layihəsi üçün maneə törətməsi belə bir cəhətə təkiddir ki, Amerika və onun səudiyyə və əmirliklərdən olan müttəfiqləri Stokholm sülh müzakirələrinin nəticələrinə qarşı çevriliş və hücumların artırılması ardıncadırlar. Qeyd edək ki, İngiltərənin xarici işlər naziri qeyd olunan qətnamə layihəsini BMT-nin Təhlükəsizlik Şurasına təqdim edəcəyini bildirmişdi.

Bu qətnamə layihəsinin Təhlükəsizlik Şurasında irəli sürülməsinin qərara alındığı bir halda, Amerika hökuməti həmin şuraya başqa bir qətnamə təqdim edibdir. BMT-nin Təhlükəsizlik Şurasının üzvləri təqribən iki həftə bundan qabaq İngiltərənin İsveçdə keçirimiş Yəmən danışıqlarını təsdiq edən qətnamə layihəsi barədə müzakirələrə başlamışdılar.