İraqda növbəti kütləvi qırğın qəbiristanlığı aşkar edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i330842-İraqda_növbəti_kütləvi_qırğın_qəbiristanlığı_aşkar_edilib
İraqlı qüvvələr dünən Neynəva vilayətinin mərkəzi olan Mosul şəhərinin cənubunda kütləvi qırğın qəbiristanlığının aşkar etməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 22, 2018 08:12 Asia/Baku
  • İraqda növbəti kütləvi qırğın qəbiristanlığı aşkar edilib
    İraqda növbəti kütləvi qırğın qəbiristanlığı aşkar edilib

İraqlı qüvvələr dünən Neynəva vilayətinin mərkəzi olan Mosul şəhərinin cənubunda kütləvi qırğın qəbiristanlığının aşkar etməsindən xəbər veriblər.

İRİB-in verdiyi məlumata görə, bu qəbiristanlıqda İŞİD terrorçuları tərəfindən qətlə yetirilən 48 iraqlı mülkinin cəsədi yerləşdirilib. 

Öncə də iraqlı qüvvələr İŞİD terrorçularının işğalı altında olmuş bu ölkə ərazilərində onlarla kütləvi qırğın qəbiristanlığı aşkar etmişdilər. 

Birləşmiş Mİllətlər Təşkilatı noyabr ayında bildirib ki, İŞİD terrorçu qrupu 2014-2017-ci illərdə İraqın müxtəlif ərazilərində 200 kütləvi qırğın qəbiristanlığı yaradıb. 

Terrorçu İŞİD qrupu 2014-cü ildə Amerika və onun müttəfiqlərinin o sıradan Səudiyyə Ərəbistanının maliyyə və hərbi dəstəyi ilə bu ölkənin şimal və qərb ərazilərini işğal etdi və bu ərazilərdə saysız hesabsız cinayətlərə əl atdı. Bu faciə başlandıqda İraq dövləti terrorizm ilə mübarizədə İrandan yardım istədi. 

İraqlı qüvvələr İran İslam Respublikasının hərbi müstəşarlıq yardımları ilə 2017-ci il 17 noyabrda İŞİD terrorçularının Əl-Ənbar vilayətindəki son qərargahı olan Ravə şəhərini də azad etdi və beləliklə İraq tamamiylə İŞİD terrorçularının işğalından azad edilmiş oldu.