Libermanın etirafı: İsrailin nazirlər kabineti fələstinli qruplara təslim olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i330916-libermanın_etirafı_İsrailin_nazirlər_kabineti_fələstinli_qruplara_təslim_olub
İsrailin keçmiş müharibə naziri baş nazir Benyamin Netanyahunun və onun nazirlər kabinetinin Fələstinin müqavimət qrupları qarşısında təslim olduğunu deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 23, 2018 08:57 Asia/Baku
  • Libermanın etirafı: İsrailin nazirlər kabineti fələstinli qruplara təslim olub
    Libermanın etirafı: İsrailin nazirlər kabineti fələstinli qruplara təslim olub

İsrailin keçmiş müharibə naziri baş nazir Benyamin Netanyahunun və onun nazirlər kabinetinin Fələstinin müqavimət qrupları qarşısında təslim olduğunu deyib.

Əl-Aləm kanalının bildirdiyinə görə, Aviqdor Liberman Fələstinin İslam Müqaviməti Hərəkatı Həmasa maliyyə yardımlarının göndərilməsi və "Qayıdış Haqqı" yürüşlərinin davam etməsini Qəzzə müqaviməti qarşısında təslimçilik adlandırıb və deyib: Fələstinlilərin 10 min nəfərlik aksiyası Təl-Əvivin bu kimi müqavimət addımlarını önləməkdə aciz olmasından xəbər verir.

Aviqdor Liberman 14 noyabr 2018-ci ildə Həmas-ın işğal edilmiş Fələstinə qarşı müqavimət əməliyyatlarının ardınca istefa verdi.

İsrailin sabiq müharibə naziri Qəzzə ilə atəşkəsə qarşı idi. Fələstinli qruplar müqavimətin raket hücumlarının ardınca İsrailin bu atəşkəsi qəbul etməyə məcbur olduğunu deyirlər.