Bin Salmanın İsrail barədə Qəhtaniyə verdiyi göstəriş ifşa edilib
-
Bin Salmanın İsrail barədə Qəhtaniyə verdiyi göstəriş ifşa edilib
İsrail medialarından biri Ərəbistan vəliəhdinin İsrail barədə öz müşavirinə verdiyi göstərişi ifşa edib.
Əl-Aləm kanalının verdiyi məlumata görə, sionist Məariv qəzeti ABŞ medialarına istinadla bildirib: Ərəbistan ictimaiyyətində İsrailin imicinin yaxşılaşdırılması Səudiyyə vəliəhdi Məhəmməd Bin Salmanın müşaviri Səud Əl-Qəhtaniyə verdiyi başlıca tapşırıq olub.
Amerikada çıxan Val Strit Jurnal qəzeti də bir neçə gün öncə bildirmişdi ki, Ərəbistan mətbuatında İsrail ilə əlaqələrin normallaşdırılmasına dair məqalələrin dərc olunması və hakimiyyətə yaxın medialarda sionist rejim başçıları ilə müsahibələrin yerləşdirilməsi Qəhtani tərəfindən medialara verilmiş göstərişdir.
Sionist yazar Zaki Huki də Məariv qəzetində dərc olunmuş məqaləsində yazıb: Səuriyyə rejimi ilə yaxın əlaqələrə malik olan jurnalistlər vəliəhd Məhəmməd Bin Salmanın göstərişi ilə və Ərəbistan-İsrail münasibətlərinə dair ümumi fikrin dəyişdirilməsi məqsədi ilə münasib atmosfer yaratmağa çalışırlar.