İsrail qırıcıları Dəməşqə hücum etdilər \ Suriyanın HHM qüvvələri İsrail raketlərini vurdu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i331126-İsrail_qırıcıları_dəməşqə_hücum_etdilər_suriyanın_hhm_qüvvələri_İsrail_raketlərini_vurdu
Suriya KİV-i çərşənbə axşamı İsrail qırıcılarının dəməşqə hücum etməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 26, 2018 08:07 Asia/Baku
  • İsrail qırıcıları Dəməşqə hücum etdilər
    İsrail qırıcıları Dəməşqə hücum etdilər

Suriya KİV-i çərşənbə axşamı İsrail qırıcılarının dəməşqə hücum etməsindən xəbər veriblər.

İRİB-nin verdiyi məlumata görə, Suriya ordusu İsrail qırıcılarının raket hücumlarını önləyiblər.

Suriya medialarının bildirdiyinə görə, Suriyanın HHM qüvvələri İsrail qırıcılarının atdıqları bütün raketləri izləyərək. məhv edib.

Yerli mən bələr də bu hücumun nəticəsiz olduğunu elan ediblər.

Suriyadakı  yerli mənbələrin bildirdiklərinə görə, İsrail qırıcıları bu hücum zamanı Səburə və Qüdsiya məntəqəsindəki hərbi bazalarını hədəfə alıblar.

Suriyanın dövlət xəbər agentliyinin bildirdiyinə görə, bu hücum Livanın cənub sərhədləri istiqamətindən həyata keçirilib. Bu məlumata görə, İsrailin hücumları  hələ də davam edir və Suriyanın HHM qüvvələri sionist düşmənin hücumlarını önləməklə məşğuldur.

Livan mənbələri də İsrail qırıcılarının bu ölkənin cənub bölgəsindəki uçuşlarının davam etməsindən xəbər veriblər.

İsrail Suriyadakı terrorçuları himayə məqsədilə davamlı olaraq Suriya ordusunun mövqelərini hədəfə alır.

Suriyada təhlükəsizlik böhranı 2011-ci ildə ABŞ və Ərəbistanın himayəsində olan terrorçuların Suriyaya geniş hücumu ilə başlandı. Hədəf regionda güc balansını İsrailin xeyrinə dəyişmək olub.

Suriya ordusu son zamanlar İran və Rusiyanın dəstəyi ilə İŞİD terrorçuları üzərində qələbə çalmağı bacarıb.

İŞİD-in Suriyada məğlub olmasının ardınca bu ölkədəki digər terrorçu qruplar da məğlub olmaq ərəfəsindədirlər.

İsrail Suriyadakı terrorçuların məğlub olmasından nigarandır.