Ərəbistan qırıcıları Həccə vilayətinə hücum ediblər
-
Ərəbistan qırıcıları Həccə vilayətinə hücum ediblər
Ərəbistan qırıcıları Yəmən xalqına qarşı cinayətlərinin davamında bu ölkənin qərbində yerləşən Həccə vilayətindəki Həyran məntəqəsini bombardman ediblər.
Mehr informasiya agentliyinin verdiyi məlumata görə, Yəmən mediaları bildiriblər ki, ərəbistan qırıcılarının Həccə vilayətinə olan hücumunda Həyran məntəqəsi ağır bombardmanlara məruz qalıb.
Bu məlumata görə, Həyran məntəqəsinə edilən hücumda bir qrup mülki həlak yaralanıb və məntəqənin infrastrukturu ciddi zərər və ziyan görüb.
Yəmənin silahlı qüvvələrinin sözçüsü Yəhya Səri çərşənbə axşamı deyib: Səuriyyə koalisiyasına bağlı muzdlu qüvvələr Hudəydə vilayətində atəşkəsi pozmaqda davam edirlər və Ərəbistan qırıcıları da Yəmənin Məarib, Səna, Əl-Cəvf və Sədə vilayətlərini 28 dəfə bombalayıblar.
Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələri Yəmənə olan hücumlarını fasiləsiz olaraq davam etdiirlər. Halbuki, BMT-nin Təhlükəsizlik Şurası 21 dekabr 2018-ci il tarixində Yəmənə monitorinq qrupu göndərərək, Əl-Hudəydə vilayətində atəşkəsin icrasına n əzarət etməyə başlayıb. Həmçinin, Təhlükəsizlik Şurası 2451 saylı qətnamə ilə Yəməndə atəşkəsi dəstəkləyib.
İndiyə kimi Yəməndə müharibəni sonlandırmaq üçün bir neçə dəfə addımın atılmasına baxmayaraq, hər dəfə bu səylər Ərəbistan və müttəfiqləri tərəfindən uğursuzluğa sürüklənib.