BƏƏ-nin Dəməşqdəki səfirliyi yenidən açılıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i331273-bƏƏ_nin_dəməşqdəki_səfirliyi_yenidən_açılıb
Suriyanın xalqı və qanuni dövləti ilə yeddi il düşmənçilikdən sonra əmirliklər də öz səhvlərini dərk edərək, Dəməşqdəki səfirlik qapılarını yenidən açmış ərəb ölkələri sırasına qoşuldu.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 28, 2018 11:24 Asia/Baku
  • BƏƏ-nin Dəməşqdəki səfirliyi yenidən açılıb

Suriyanın xalqı və qanuni dövləti ilə yeddi il düşmənçilikdən sonra əmirliklər də öz səhvlərini dərk edərək, Dəməşqdəki səfirlik qapılarını yenidən açmış ərəb ölkələri sırasına qoşuldu.

Hərçənd əmirliklərin xarici işlər nazirliyi bir bəyanatda bu addımın xarici tərəflərin müdaxiləsindən irəli gələn xətərlərin qarşısının alınmasına görə atıldığını bildirib, amma Suriyadakı müşahidəçilər ayrı fikirdədirlər. "Bu gün gördüklərimiz, Suriyanın qələbəsinə bir dəlildir və ərəb ölkələri öz siyasətlərini dəyişməlidirlər. Onlar son bir neçə ildə Suriya xalqı barədə törətdikləri böyük cinayətlərə görə üzr istəməlidirlər". 

Dəməşqdəki müşahidəçilər bu qənaətdədirlər ki, əmirliklərin səfirliyinin yenidən açılması Suriya ilə diplomatik əlaqələrin yenidən qurulmasının başlanğıcı deməkdir. Və sonrakı addımlarda Ərəbistan, Bəhreyn və Küveytin səfirliklərinin yenidən açılmalarının şahidi olacağıq.

"Əmirliklərin Dəməşqdəki səfirliyinin yenidən açılması o deməkdir ki, ərəblər ötən yeddi ildə siyasi hadisələr qarşısında yanlış qənaətə malik olublar. Bu gün onlar başa düşüblər ki, öz mövqelərini yenidən nəzərdən keçirməlidirlər və Suriya müttəfiqlərindən uzaqlaşmadan özünün Ərəb Liqasındakı təbii yerinə geri dönməlidir".

İndi böhranın mahiyyətinin aydınlaşması və Suriya ordusunun və müttəfiqlər cəbhəsinin bu ölkə torpaqlarının terrorçuların işğalından azad edilməsi sahəsindəki uğurları ilə Suriyadakı səfirliklərin yenidən açılması barədə söz-söhbətlər artıbdır.

Əmirliklərin Suriyadakı səfirliyinin yenidən açılması ərəb ölkələlərinin Suriya ilə yenidən əlaqə qurmaları yolunda digər bir addımdır. Başqa sözlə, bu, onların müharibə illəri boyunca özlərinin anti-Suriya mövqeləri qarşısında peşmançılıq ifadə etmələri deməkdir.